Çempionumuz gecə klubunda qız döydü

Boks üzrə dünya çempionu Elvin Məmişzadə gecə klubunda dava salıb.

Medianews.az Yenicag.az-a istinadən xəbər verir ki, hadisə iyulun 16-sı, gecə saat 04:00 radələrində, şəhərin “26 land” gecə klubunda baş verib. 26 yaşlı boksçu dava zamanı bir xanımı döyüb.

Məsələ ilə bağlı polis tərəfindən araşdırma başlanıb.

Qeyd edək ki, Məmişzadə, eyni zamanda, I Avropa Oyunlarının qızıl medalçısıdır.