Azərbaycanda silahlı insident: İcra Hakimiyyətinin əməkdaşları atəşə tutuldu

Abşeron rayonunda silahlı insident baş verib.

Report xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları Xırdalan şəhərində qanunsuz görülən inşaat işlərinin qarşısını almaq istəyən zaman ev sahibi onlara odlu silahdan bir neçə dəfə atəş açıb.

Abşeron Rayon Prokorurluğundan verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Keçirilən əməliyyat zamanı ev sahibi, 75 yaşlı Namazov Eldar saxlanılıb. Ondan “Makarov” markalı tapança aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.