Azərbaycanda bir neçə ildir ənənə halını alan intihar tendensiyası hər keçən gün daha da artır. Son günlər yenitemə və gənclərin daha çox intihara əl atdığını mediada gedən məlumatlar da təsdiqləyir.

Tanınmış psixoloq Elnur Rüstəmov Modern.az-a deyib ki, intiharlar bu günün problemi deyil:

“Sadəcə əvvəllər bu qədər qlobal xarakter daşımayıb. Psixoloji problemlər indiki qədər aktiv olmayıb. Buna təsir göstərən məqamlar həddindən çoxdur. İnformasiya yüklənməsini, informasiydan asılılığı xüsusi qeyd etmək istərdim. Ümumən psixoloji problemlərin yayqın olması, fərdin özünə qapanması, depressiv hallara və getdikcə intihara gətirib çıxarır”.

“İntihar çıxış yolu deyil”

Psixoloq bildirib ki, bu, bütün depressiyaya düşənlərin intihar etməsi anlamına gəlmir:

“İntihar barədə məlumatların depressiyada olan insana mənfi təsirləri qaçılmazdır. Məhz buna görə də intihar xəbərlərinin mediada işıqlandırılması müsbət hesab edilmir. Çnüki hər bir insan informasiyanı öz düşüncəsinə uyğun qəbul edir. Bu cür insan intihat barədə məlumat oxuduqda düşünür ki, “filankəsin hər şeyi vardı intihar elədi, deməli xoşbəxt deyildi, onda mən edə bilərəm”. Əksəriyyət intiharı çıxış yolu bilir, amma bu, çıxış yolu deyil. İnsnaın öz canına qıyması heç bir problemi həll etmir. Əksinə, növbəti problemlərə yol açır”.

Psixoloqun sözlərindən belə anlaşılır ki, oxucu hansısa şəxsin narkoman olması ilə bağlı xəbər oxuyanda o da narkoman olmalıdır. E.rüstəmov fikirlərini aşağıdakı kimi əsaslandırır:

Mətbuat yazmasa kimsə intihar etməyəcək?…

“Ümumiyyətlə, medianın bu prosesə mənfi təsiri ondan ibarətdir ki, o, intiharı adiləşdirir. Yəni belə geniş işıqlandırma zamanı insanlar buna öyrəşir. Çox zaman və yanlış olaraq intihar çıxış yolu kimi dəyərləndirilir. Hər hansı bir intiharın araşdırılmadan, reytinq xətrinə birbaşa xəbər kimi ötürülməsi problemlərə gətirib çıxarır. Məsələ o informasiyanın hansı şəkildə çatdırılmasındadır. Axı həmişə narkoman, narkobaron çox yüksək imkanlara sahib biri kimi təqdim olunub. Heç kasıb narkobarona rast gəlinibmi? Narkobaron deyəndə, şəxsi təyyarəsi, cangüdənləri, geniş səlahiyyətləri, çoxlu pulu olan biri ağıllara gəlir. Niyə? Onlar cəmiyyətə şüuraltı elə təbliğ olunur, filmlərin içərisində elə təqdim edirlər ki, bizim ruhumuz da incimir.
Amma bu təbliğata uyan adam görür ki, narkoman olandan sonra əlindəki pullar getdi. Bu gün sizin cəmiyyətdə gördüyünüz narkoman təbliğ edilən narkoman deyil, o bitmiş bir adamdır. Əsl narkomanın aldığı çox bahalı bir şeydir.

Düşünən insan fərqlidir, o öz düşüncəsinə uyğun qərar verə bilir. Amma hər kəs doğru qərar vermək iqtidarında deyil. Məhz buna görə də insanlarımız arasında maariflənmə işi aprılmalıdır. Risk kateqoriyasına daxil oln insanlara çatdırılmalıdır ki, sən ölüb gedirsən, amma ailən “filankəsin oğlu, qızı, yoldaşı intihar edib” stiqmasının, qınağının altında əzilir. Geridə qalan insnalar cəmiyyətdə diskamfort hiss etməyə başlayır”.

“…bütün kredit borcu olanlar intihar etməlidir”

E.Rüstəmov qeyd edir ki, intihar edənlər arasında zərərli vərdişlərə sahib, sağalmaz xəstəliklərin daşıyıcıları, yaxud sosial problemləri olanlar var:

“Mətbuatdan oxuyuruq ki, “filankəs kredit borcuna görə intihar etdi”. Onda belə çıxır ki, bütün borcu olanlar intihar etməlidir. Belə bir şey yoxdur. Sadəcə insanların borca olan münasibəti böyük rol oynayır. Kimisi borca həyatın sonu kimi baxır, “qaytara bilməyəcəyəm” deyir və s. Demək istədiyim insanı intihara sürükləyən düşüncələrdir. O düşüncələr nə qədər müsbət olarsa, nəticə də bir o qədər yaxşı olar. Adam var milyon borcu var, amma dünya, aləm vercinə deyil. Düşünür ki, “borcum var, var da, qazanıb verəcəm”. Adam da var 10 manat borca görə intihar edir. Bu fərdi xarakter daşıyır. İnsan sabaha nə qədər nikbin baxarsa, o qədər pis fikirlərdən, intihar düşüncəsindən uzaq olar. Nə qədər əhvalı yaxşı olacaqsa, ətrafına, baş verənlərə pozitiv baxacaq. Adam var ömürlük həbs alıb, amma yaşamaq üçün hər gün mübarizə aparır. O sabaha ümidlə baxır. Düşünür ki, hansısa qərarla azadlığa çıxa bilər. O heç intihar eləmir. Dörd otaq arasında bu qədər ümidlə yaşayanlar var. Ona görə insanı həyata bağlayan stimul olmalıdır. Olmasa belə, onu yaratmalıdır”.