XƏBƏR LENTİ

Sorğu

Maddi və siyasi problemlərinizə görə Ermənistana sığınarsınızmı? 

Nəticələr

Rövşən Civişov müğənnilərə söz atdı - “Sosial şəbəkələrdə “kliyent” axtarırlar”

Gənc müğənni Rövşən Civişovun AzNews.az-a müsahibəsi:

-Son vaxtlar Azərbaycan teleməkanlarında musiqili verilişlər palatka toylarını xatırladır. Ən dəhşətlisi də odur ki, efirlərdə nə ciddi musiqi, nə də onu ifa edən sənətkar var. Nə baş verir?

-Sənət və yaradıcılıq yaddan çıxıb. Bir neçə il əvvəl qalmaqalla nəyisə yayındırmaq olurdu. Bu zəmanədə insanlara müğənninin şəxsiyyəti daha maraqlıdır. Onun etdiyi qalmaqallar heç kəsə maraqlı deyil. Məsələn, mənim qalmaqalım olmayıb, səhnəyə Xalq artisti Flora Kərimova ilə birlikdə çıxmışam. Amma bu bir etirafdır ki, hazırda heç kim yaradıcılıqla məşğul olmur. Bunun da səbəbi var. Azərbaycan efir məkanları palatkanın ağzını açaraq toyxana müğənnilərini efirə buraxdılar. Hansı ki, sovet dönəmində həmin müğənnilər efirə buraxılmırdı. Heç kəs onlara mikrofon vermirdi. Bu müğənniləri ancaq toyxanalarda görə bilərdin. Amma indi? Hara baxırsan palatka müğənniləridir. Əsas məsələ isə toyxana müğənnilərinin sənətkarları üstələməsidir. Efirlər toy müğənnilərinə həddindən çox yer ayırırlar. Ən dəhşətlisi isə budur ki, onları sənətkar kimi tədqim edirlər. Halbuki həmin müğənnilər toy aparmağın sənətkarlarıdırÖzü də onlar əməlli-başlı üzlülük edir. Efirə çıxıb sinəsinə döyür ki, “mən Azərbaycan mədəniyyətinə illərimi vermişəm. Niyə dövlət mənim əməyimi qiymətləndirmir?”. Neynəmisən? Gedib toyda oxumusan, pulunu alıb, kef çəkmisən. Axı dövlət sənə nə verməlidir? Ömrün boyu işləyib özün üçün bağ, bahalı maşın, villalar almısan. Bu gün sənət adamlarının böyük əksəriyyətinin internet məkanında “youtube”da səhifəsi var. Onların yaradıcılığı həmin səhifədə əks olunur. Gəlin onların səhifələrinə baxaq, görək orada yaradıcılıqdan nələr var? Nə bir klip, nə də bir mahnı gözə dəymir. Heç bir dövlət tədbirində çıxış etməyən müğənni dövlətdən pay umur. Dövlətin sənə borcu var? Efirlərdə toyxana müğənnilərinin çoxalması xalqın musiqi zövqünə bir zərbə vurdu.Artıq zövqlər korlanıbTamaşaçıların özləri də eyni sifətləri görməkdən bezdi. Nə qədər olar? Hara baxırsan palatka müğənniləridir. Çıxırlar efirə “Ceyranım, ay ceyranım, hey-hey”-deyə qışqırırlar. Bura efirdir ey, palatka deyil. İnsanlar bezdilər. Ona görə də tamaşaçılar başqa ölkələrin kanallarına baxır. Başladılar xarici ölkə kanallarının təqdim etdiyi şounu tərifləməyə. Hansı ki, bizim elə müğənnilərimiz var ki, qat-qat həmin sənətkarlardan istedadlıdır. Neynəsinlər ki, toyxana müğənniləri onları kölgədə qoyub. Elə sənət adamı tanıyıram ki, nə dolana bilir, nə də yaradıcılığında irəli gedir, heç nə edə bilmir. Biz təhsil görmüşük. İrəli getmək üçün toyxana şərtdir. Mən isə toyxanaya vaxt aparmaram. Utanmadan çıxıb efirə deyirlər ki, “toylarım boldur”. Müğənni başa düşmür ki, o, efirdə toydan deyil, yaradıcılıqdan danışmalıdır. Aparıcılar da onları ələ salır.

-Hazırda sənət baxımından ən məhsuldar müğənni kimdir?

-Aygün Kazımova və Röya… Hər ikisi işləyir. Mənim onların hər ikisinə sevgim var, heç biri sənəti uğruna usanmır. Onları heç bir müğənni təkrarlaya bilmir. Aygünün etdiyi şouları Türkiyədə belə heç bir ulduz edə bilməyib.

-Etiraf edək ki, bu gün populyar olan sənət adamlarının arxasında bir sponsor, bir məmur, ya da bir məmur oğlu dayanır…

-Əgər sənət varsa, sponsor olmadan da irəli getmək olur. Amma belə olanda çox əziyyət çəkirsən, çətinliklər olur. Biri var evi 10 ilə tikirsən, biri də var bir. Sənət də belədir. Mən heç bir vaxt haram şeylərə qol qoymuram. Onun sonu yoxdur. İstəmişəm ki, halal yolla qazanım, təki sonu yaxşı olsun. Mən heç vaxt kiməsə deyə bilmərəm ki, mənim üçün sponsorluq elə. Hətta son vaxtlar sponsorlardan işləyən bəzi müğənni haqqında qəribə mesajlar eşidirik: deyir ki, “filankəsi belə edərəm”.

-Şou biznes adamları sənəti ilə deyil, açıq-saçıq şəkillər çəkdirməklə gündəmi zəbt edirlər. Hətta onların arasında elələri də var ki, hamam vannasından videogörüntü çəkib sosial şəbəkədə paylaşım edirlər. Buna nə ad verək?

-Birincisi, dünya ulduzları da soyunur. Bəzi hallarda bunu tərbiyyəsizlik kimi qələmə verirlər. Amma bunlar tərbiyyəsizlik deyil. Bizimkilər isə onların ən pisini götürür. Soyunmaq dəbdən düşüb. İndi örtülü olmaq dəbdədir. Sosial şəbəkələrin yaranması insanların beynini açdı. Küçədə bir insan lüt soyunsa, biz onu adi qarşılayırıq. Çünki, bu saat hər şey ortadadır, hamı-hamını görür. Amma bu gün soyunub, lüt, açıq-saçıq şəkil çəkdirib onu sosial şəbəkədə paylaşanların bir məqsədi var-“kliyent” tapmaq, vəssalam. Onlar sosial şəbəkələrdə “kliyent” axtarırlar. Belə müğənniləri efir məkanlarına həsrət qoymaq lazımdır.

 Dostlarımızın xəbərləri

  • Avtomatik qaralama
  • Dünyanın ən bahalı bədəni bu transseksualındır - FOTO
  • Avtomatik qaralama
  • Kartonlardan bir dünya yaratdı - FOTOLAR
  • Avtomatik qaralama
medianews