Çində “KFC” restoranlar şəbəkəsi və veb-servislərin yerli “Baidu” provayderi yeni restoranın yaradılması üzərində işləyirlər.
Publika.az xəbər verir ki, yeni “ağıllı restoran” Pekində istifadəyə veriləcək. Restoranın əsas özəlliyi ondan ibarətdir ki, müştəri restorana gələrkən sifariş verməyəcək. Belə ki, restoranda quraşdırılmış yeni sistem müştərinin üzünün ifadəsindən hansı yeməyi sifariş edəcəyini başa düşəcək. “KFC” kassalarında quraşdırılmış müasir skanerlər alıcının cinsi, yaşı və əhval-ruhiyyəsini duya biləcək.
Bundan başqa, restoran daimi müştərilərinin məlumat bazasını yaradacaq. Bu, alıcının dəqiq istəyini öyrənməyə imkan verəcək.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.