Tarif Şurası dizel yanacağının qiymətinin artacağı ilə gəzən söz-söhbətlərə münasibət bildirib. Lent.az xəbər verir ki, şuranın katibi İlkin Məcidov AzTV-yə müsahibəsində bildirib ki, hazırda Tarif şurasının gündəliyində hər hansı tariflərin, o cümlədən dizel yanacağının qiymətinin dəyişdirilməsi ilə əlaqədar məsələ yoxdur.
İlkin Məcidov əlavə edib ki, Аİ-92 markalı benzinin qiymətinin artırılması məsələsi dəfələrlə müzakirəyə qoyulub, lakin əvvəlki illərdə bu addım məqsədəuyğun hesab edilməyib.