Tehranın “Şəri-rey” metro stansiyasında bir nəfər silahlı şəxs sərnişinlərə hücum edib.
Publika.az xəbər verir ki, polisin göstərişlərinə tabe olmayan şəxs hüquq mühafizə orqanı əməkdaşlarının atəş açması nəticəsində yaralanıb. O, xəstəxanaya çatdırılan zaman keçinib.
Hadisə zamanı 3 nəfər sərnişin və bir polis əməkdaşı xəsarət alıb.
Hadisənin şəxsi münaqişə zəminində törədildiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.