İngiltərədə həyat yoldaşının çılpaq qadın fotolarına baxdığını görən bir qadın ondan intiqam almaq qərarına gəlib.
Publika.az xəbər verir ki, qadın çox qəribə üsula əl atıb. O, həyat yoldaşının baxdığı saytlara öz lüt şəkillərini yerləşdirərək “səndən intiqam almaq üçün etdim” ismarıcını qoyub.
Qadın hamilə olduğu müddətdə həyat yoldaşının tez-tez pornoqrafik saytalara daxil olub, çılpaq qadınlara baxdığını ortaya çıxarıb. Bundan qəzəblənən qadın öz çılpaq şəkillərini həmin sayta yerləşdirib. Şəkilləri gördükdən sonra həyat yoldaşının ona hirslənərək kobud ifadələr işlətdiyini deyib.
Həyat yoldaşından intiqamını ala bilən qadını bəzi sosial şəbəkə istifadəçiləri qınayarkən, bəziləri də ona dəstək olub.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.