Əslən azərbaycanlı olan rusiyalı aparıcı Səbinə Əhmədova erməni milyarderi Danil Xaçaturova ərə gedir.
Bu barədə haqqın.az Rusiya mətbuatına istinadən xəbər verib. Məlumata görə, Səbinə Əhmədovanın ərə gedəcəyi adam “Rosqostraz” qrupunun prezidentidir.
45 yaşlı erməni milyarder Forbes jurnalının versiyasına görə, 2 milyard validəti var. O, bir dəfə ailəli olub və 2013-cü ildə boşanıb.
36 yaşlı Azərbaycanlı aktrisanın ailə qurmayıb və uşaqlarıda yoxdur. Səbinə Əhmədova Bakıda anadan olub. O, 1990-cı ildə Moskvaya köçüb. Cütlüyün tanışlığından məlumat verilməyib. İddia olunur ki, ikilinin toyu dəbdəbəli olacaq.