ABŞ prezidenti Donald Trampın fransalı həmkarı Emmanuel Makronun həyat yoldaşı Bricitə Parisdə görüşü zamanı dediyi sözlər qalmaqala səbəb olub.
Oxu.Az xəbər verir ki, D.Tram 64 yaşlı Emmanuel Makronun həyat yoldaşı Bricit Makrona “Yaxşı görünürsüz. Gözəlsiniz” sözlərini deyib və bunu iki-üç dəfə təkrar edib.
Trampın Makronun xanımına dediyi komplimenti bir neçə dəfə təkrarlaması dünya mediasında gündəmə çevrilib.
Sosial şəbəkələrdə isə ABŞ prezidentinin bu addımı tənqidlə qarşılanıb.