Rusiyadan Azərbaycana gözlənilməz zərbə - 16 min ton pomidor geri qaytarıldı

Rusiyada 16,193 ton Azərbaycan pomidoru satışından yığışdırılıb.

Virtualaz.org bildirir ki, bu barədə Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Kurqansk vilayəti üzrə idarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikasından gətirilən tərəvəzlərdə zərərverici — Cənubi Amerika güvəsi aşkar edilib.

Federal Xidmət region ərazisində zərəvericilərə yoluxmuş məhsulun satışını qadağan edib. Sahibkarlara təlimat verilib ki, pomidorları dezinfeksiya etsinlər.