Prezindent İlham Əliyev dövlət məmurlarının və onların ailə üzvlərinin davranış normaları ilə bağlı məsələdən danışıb.
İyulun 12-də Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən prezident xalqa xidmət, təvəzükarlıq, təkəbbürlü davranmamaq prinsiplərinin məmurların əsas həyat və fəaliyyət normasına çevrilməsinin zəruriliyini vurğulayıb:
“Bu məsələdə heç kimə güzəşt olunmur və bundan hamı nəticə çıxarmalıdır”.