Səudiyyə Ərəbistanı Qətərlə yaşadığı diplomatik böhranın ardınca qətərli fermerləri ölkədən uzaqlaşdırıb.
Publika.az “İndependent” xəbər portalına istinadən xəbər verir ki, bu səbəbdən yüzlərlə dəvə susuzluqdan tələf olub.
İki ölkə arasındakı sərhəddən gündə sadəcə bir neçə yüz dəvənin keşməsinə icazə verilib. Səudiyyə Ərəbistanında qalan dəvələr isə ağıllara aparılıb və 50 dərəcə istidə çöldə saxlanılıb. Sahibi tapılmayan heyvanlar yol kənarlarında ölümə tərk edilib.
Hadisəyə şahidlik edən fermerlər yollarda yüzlərlə məhv olmuş dəvə və qoyun gördüklərini deyiblər.
Qətər Səudiyyə Ərəbistanından fərqli olaraq sərhədi keçən heyvanlara sığınacaq verib, qida ilə təmin edib. Ölkədəki bütün baytarlar bu heyvanların sağlamlığı üçün səfərbər edilib.
Statistikaya görə, 12000-15000 heyvan körfəz böhranı səbəbi ilə tələf olub.
Beynəlxalq Heyvan Haqları Qoruması SPANA-nın nümayəndəsi verdiyi açıqlamada hər il ölkələr arasında yaşanan qarşıdurmalar və siyasi mübahisələrin ən günahsız qurbanların istismar edilən heyvanlar olduğunu deyib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.