Rövnəq Abdullayev:

“SOCAR hər zaman Türkiyənin dəstəyini hiss edib”. “APA-Economics” xəbər verir ki, bunu XXII Dünya Neft Konqresində çıxışı zamanı SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

“SOCAR olaraq “Petkim”, TANAP, STAR, “Petlim” və digər həyata keçirdiyimiz layihələrdə Türkiyənin dəstəyini daim hiss etdik”, – deyə R. Abdullayev bildirib.

“Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətinə toxunan SOCAR prezidenti bunları deyib: “Avropanın qaza olan tələbatı 7,1% artıb. Azərbaycan digər tədarükçülərlə birgə bu tələbatı ödəməyə hazırdır. “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan, Türkiyə və Avropanın uzunmüddətli mənafeyinə uyğun layihədir”.