Almaniyanın Hamburq şəhərindəki G20 sammitində ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin, Moskvanın ABŞ-da prezident seçkilərinə müdaxiləsi barədə 40 dəqiqə fikir mübadiləsi aparıblar.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.
Xəbərdə Putinin Rusiyanın ABŞ-da seçkilərə müdaxiləsi iddialarına dair Trampdan sübut tələb etdiyi, Trampın isə bunun qarşılığında Suriya məsələsinin müzakirəsinə keçdiyi qeyd olunub.
Qeyd edək ki, Trampla Putinin görüşü 2 saatdan çox davam etmişdi.