Polşanın şərqindəki Belostok və Suprasl şəhərlərində 10 min insan yol işləri zamanı aşkarlanmış və İkinci Dünya Müharibəsindən qalmış bomba ilə əlaqədar təxliyə edilib.
Report.az bildirir ki, bu barədə “Associated Press” polşa məmuruna istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, sakinlər avtobuslarla məktəbi binasına köçürülüblər. Onlar bomba zərərsizləşdirilənə qədər orada qalacaqlar.
Belostok meriyasının mətbuat katibi Anna Kovalska bildirib ki, həmin ərazidə 10 minə yaxıın insan yaşayır.
500 kiloqramlıq ST-500 alman bombası iyulun 6-da aşkarlanıb. Mütəxəssislər onu xüsusi avtomobilə yükləyərək atış mərkəzində zərərsizləşdirəcəklər.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.