Almaniya kansleri Angela Merkelin əlləri hər kəsin diqqətini çəkib.
Publika.az xəbər verir ki, G20 liderlərin zirvə görüşü öncəsi Merkel Çin prezidenti Şİ Jinpinqi qəbul edib.
İki ölkə arasında qarşılıqlı razılaşmalar əldə edilib və imzalar atılıb.
Merkelin imza çəkən anında Avropa Parlamentinin xəbər agentliyi nümayəndəsi Merkelin əllərinin fotosunu çəkib. Baş nazirin əllərində diqqət çəkən səbəb isə onun dırnaqlarının olduqca baxımsız və qopuq olması olub. Bu səbəb ağıllara “Merkel dırnaqlarını yeyir?” sualını gətirib.
Şəkillərdə baş nazirin dırnaqlarının kənarında kiçik yaralar olduğu da görünür.