Türkiyənin tanınmış müğənnisi Linet uzun müddətdir münasibətdə olduğu iş adamı Edi Debehara ərə gedir.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, bəy namizədin ABŞ prezidenti Donald Trampın ortağı olduğu üzə çıxıb. O, Trampın Türkiyədəki əmlaklarını idarə edir.
Qeyd edək ki, Linet daha əvvəl evlənməyə hazırlaşdığı fransız nişanlısı Laurent Zaymonoviçin evli olduğunu öyrənmiş və depressiyaya düşmüşdü.