Amerikalı model, Victoria’s Secret şirkətinin üzü Krissi Teyqen ABŞ prezidenti Donald Trampı söyüb.
BAKU.WS-in məlumatına görə, model Trampın Twitter hesabında yalan xəbərlərlə bağlı yazdığı şərhə kəskin reaksiya verib.
“Yerini bilməyən New York Times ard-arda yalan xəbərlər yazır. Onlar heç zəng vurub faktı dəqiqləşdirmirlər də”, – deyə Tramp mikrobloqunda yazıb.
Model isə onun bu sözlərinə əsəbiləşib və prezidenti söyərək kobud cavab verib. O, ABŞ liderinə böyüməyi məsləhət görüb.