Rusiya və Finlandiya ortaq sərhədlə bağlı razılığa gəlib.
Axar.az Türkiyənin “Star” qəzetinə istinadən xəbər verir ki, iki ölkə 10 ildir davam edən görüşlərdən sonra rus-fin ortaq sərhədi ilə bağlı protokol imzalayıb.
Ortaq komissiya yoxlamalardan sonra sərhəd keçidi açıqlaması ilə yanaşı, birgə sərhəd işarələrinin protokollarının, xəritə səhifələri albomunun və coğrafi adların siyahısının daxil edildiyi sənədlər paketi tərtib edib.