Əfsanəvi argentinalı futbolçu Dieqo Armando Maradona Rusiya Prezidenti Vladimir Putinin fanatı olduğunu deyib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında futbolçunun özü deyib.
“Putin ilə yenidən əlaqə saxlayırıq. O, mənə zəng vuraraq Rusiyada keçirilməsi nəzərdə tutulan Dünya Çempionatı üçün nəsə etməyimi xahiş etdi. Mən Putinin fanatıyam və həvəslə onun xahişinə cavab verəcəyəm. Vacib məsələ bunları prezidentlə şəxsi görüşümüzdə müzakirə etməkdir”, – deyə o bildirib.
Qeyd edək ki, futbol üzrə Dünya Çempionatı 2018-ci ildə Rusiyada keçiriləcək.