Məşhur aviaşirkətdən biabırçı səhv: Bakıya uçan sərnişinlərə erməni yeməyi təklif edildi (VİDEO)

Rusiyanın “Aeroflot” aviaşirkəti Moskva-Bakı reysində qəribə hadisə baş verib.

BAKU.WS-in məlumatına görə, Bakıya səfər edən sərnişinlərə menyu təqdim edilib. Maraqlısı ondadır ki, menyuda “ermənisayağı bişirilən hinduşka əti” yazısı qeyd olunub.

Sərnişinlərdən biri bu vəziyyətə bərk qəzəblənib. Təyyarə bələdçisindən bu vəziyyəti açıqlamağı tələb edən sərnişin hansı ölkəyə səfər etdiklərini soruşur.

Cavab verməkdə çətinlik çəkən təyyarə bələdçisi daha sonra səhvini anlasa da cavab verməkdən yayınıb. Video qısa zamanda sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Sözügedən videonu oxuculara təqdim edirik: