“Formula -1”də əsas yarış başladı: HAMİLTON öndədir

“ Formual 1” Azərbaycan Qran – Prisinin əsas yarışmasına start verildi.

Musavat.com xəbər verir ki, saat 17:00-da başlayan yarışmada “Formula-1” yarışının qalibi müəyyənləşəcək.

Yarış yeni başlamasına baxmayaraq pilotlar arasında gərgin mübarizə gedir. Saat 17:09-da pilotlardan biri yarış zolağında manevr edərkən digər avtomobillərə çırpılaraq qəzaya uğradı.

Hazırki dəqiqlərdə “PETRONAS“ komandasının pilotu Lewis Hamilton 37.640 nəticə ilə rəqiblərindən öndədir. Onu ən yaxın izləyən rəqibləri Sebastian Vettel və Sergi Perezdir.

Qeyd edək ki, pilotlar ümumilikdə 51 dövrə vuracaqlar.

Загрузка...