Загрузка...

Azərbaycana Rusiyadan gələn 42 eşalon silah: “tank qatilləri” və digərləri...

Xəbər verildiyi kimi ötən gün Azərbaycan Müdafiə Nazirliyi Rusiyadan Bakıya gətirilən növbəti iri silah partiyası barədə məlumat və görüntülər yayıb. Bu görüntülərə əsasən Bakı limanına yan alan “Bəstəkar Raxmaninov” quru yük gəmisindən çoxsaylı hərbi texnika və sursat boşaldılır. Hərçənd Müdafiə Nazirliyi gətirilən silahların adları və təyinatı barədə məlumat yaymayıb. Bununla belə hərbi qaynaqlardan virtualaz.org-a məlum olub ki, nazirliyin  yaydığı görüntülərdə əks olunanlar gətirilən silahların hamısı deyil. Belə ki, Rusiya ilə əvvəldən bağlanmış müqavilələr əsasında təkcə dünən Bakıya 42 eşalon silah-texnika gətirilib.

Kadrlardan görünür ki, gəmidən boşaldılanlar “Xrizantema-S” tank əleyhinə raket kompleksləri, habelə bu komplekslərdən ibarət batareyanın idarəolunması üçün 9P157-4 komanda-qərargah maşını, çox güman ki, “Xrizantema” raketlərinin qablaşdırıldığı konteynerlərdir. Lakin bunlar gətirilən silahların ancaq bir hissəsidir. Qalanların nədən ibarət olduğu açıqlanmır. Ötən ay isə Rusiyadan Azərbaycana BTR-82A zirehli transportyorlarının böyük partiyası da daxil olmaqla çoxsaylı texnika gətirilmişdi.

Azərbaycana Rusiyadan gələn 42 eşalon silah: “tank qatilləri” və digərləri...

Beləliklə, Müdafiə Nazirliyinin yaydığı qısa görüntülər Ermənistanda Azərbaycanın durmadan artan hərbi gücü ilə bağlı təşvişi daha da artırmaq üçün kifayət etməlidir. Çünki “Xrizantema-S” tank əleyhinə raket kompleksi Rusiyadan başqa cəmi bir-iki ölkənin silahlanmasında mövcud idi, Ermənistanda isə belə komplekslər yoxdur.

Rusiya hərbi nəşrlərinin məlumatlarına əsasən “Xrizantema-S” çoxməqsədli raket kompleksi ilk dəfə 1996-cı ildə nümayiş etdirilib. (Azərbaycana gətirilənlər isə yayılan kadrlara əsasən bu kompleksin ən müasir versiyasıdır). Bu, sutkanın istənilən vaxtında istənilən hava şəraitində hədəfi aşkar edib məhv etməyə qadir olan heybətli silahdır. Onun özəlliyi təchiz olunduğu “Xrizantema-S” raketinin dəhşətli zərbə gücündədir. Bu raketin zərbəsi qarşısında heç bir, o cümlədən ən müasir tank zirehi dayanmaq gücündə deyil. Təbii ki, raket kompleksinin hədəfi təkcə tanklar olmaya bilər, bu hədəflərə həm də yüngül zirehli texnikadan tutmuş istənilən başqa hərəkətli və hərəkətsiz obyektlər, o cümlədən möhkəmləndirilmiş atəş nöqtələri daxildir. Lakin “Xrizantema” raketlərindən heç bir tankın yayına bilməyəcəyini nəzərə alan hərbi ekspertlər bu kompleksə “tank qatili” adını veriblər.

Azərbaycana Rusiyadan gələn 42 eşalon silah: “tank qatilləri” və digərləri...

“Xrizantema-S” kompleksi BMP-3 piyada döyüş maşınının bazasında yığılıb, nəticədə raket kompleksi mürəkkəb relyefə malik ərazilərdə saatda 45 kilometr sürətlə hərəkət edə bilər. Şosse yolda isə saatda 70 kilometr sürət yığır, dolu yanacaq çənləri ilə 600 kilometr yürüş məsafəsinə malikdir.

Hərbçilər deyirlər ki, “Xrizantema-S” döyüş mövqeyini cəmi 20 saniyədə alır: bunun üçün maşının dayanması və daim döyüşə hazır olan iki “Xrizantema” raketinin hədəfə buraxılması kifayətdir. Üstəlik iki raketi eyni vaxtda buraxıla və müxtəlif məsafələrdən iki müxtəlif hədəfi vura bilər. Bu da kompleksi populyarlaşdıran daha bir özəlliyidir.

Digər tərəfdən “Xrizantema-S” kompleksi hədəfi operatorun onu görüb-görməməsindən asılı olaraq məhv edə bilər. Özü də istənilən hava şəraitində, qatı dumana, qaranlığa baxmayaraq.

Kompleks buna unikal radiolokasiya sistemi sayəsində nail olur. Radiolokasiya sistemi hədəfi aşkar edir və avtomatik rejimdə raketə komanda verir, bu zaman hədəf yüz faiz məhv olunmuş hesab edilə bilər. Bildirilir ki, dünyada başqa heç bir bu cür texnika nümunəsi analoji sistemə malik deyil.

Azərbaycana Rusiyadan gələn 42 eşalon silah: “tank qatilləri” və digərləri...

Mütəxəssislər təsdiq edir ki, üç “Xrizantema-S” kompleksi düşmənin böyük sayda qüvvəsinin qarşısını sanballı məsafədən almağa qadirdir. Bu komplekslər döyüşə başlayaraq düşmənin hücum edən tank rotasınının hücumunu poza, cəmi bir neçə saniyədə rotanın tanklarının yarısından çoxunu məhv edə bilər. Və bütün bunlar düşmənin özünə gəlib cavab tədbirinə əl atmasına qədər baş verəcək. “Xrizantema-S” 400 metrdən 6 min metrə qədər hədəfləri vura bilir. Raketlərinin ağırlığı 54 kiloqramdır, kumulyativ döyüş başlığının çəkisi 8 kiloqramdır. Raket bərk yanacaqla işləyir.

Qeyd etmək lazımdır ki, Azərbaycan tank əleyhinə dünyada ən mükəmməl silah sistemlərindən sayılan və İsrailin “Rafael” şirkətinin istehsalı olan “Spike” raketlərinin bir neçə modifikasiyasına da malikdir. Hansı ki, bunları artıq Qarabağda ötən ilin aprelində (o cümlədən bir neçə həftə əvvəl)  uğurla tətbiq edib. Erməni zabitlərinin sonradan etiraf etdikləri kimi “Qarabağ ordusunun” köhnə T-72 tankları “Spike”ların qarşısında aciz idi və nəticədə düşmənin tankların dəstəyi ilə itirilmiş mövqeləri geri qaytarmağa hesablanmış əks-hücumu iflasa uğramışdı.

O zaman sual yarana bilər ki, Azərbaycan nədən İsraildən “Spike” raketlərini almaqla kifayətlənməyib və Rusiyanın “Xrizantema-S” komplekslərinin də böyük partiyasını əldə edib?

Azərbaycana Rusiyadan gələn 42 eşalon silah: “tank qatilləri” və digərləri...

Belə görünür ki, bu sualın cavabını “Xrizantema-S” komplekslərinin təchiz olunduğu raketlərin böyük dağıdıcı gücündə və həmin komplekslərin daha çox müdafiə xarakterli döyüşlərdə yüksək effektivlik nümayiş etdirməsində axtarmaq lazımdır.  Çünki “Xrizantema-S” hədəfə hərəkətdə olarkən deyil, döyüş mövqeyi seçərək atəş açır. Habelə kompleksin nisbətən yüngül zireh müdafiəsinə malik olması onun hücum edən qoşunların ön sıralarında tətbiqi məqsədəuyğun deyil.

Ərazilərin işğaldan azad edilməsinə yönəlmiş mümkün hərbi əməliyyatlar zamanı müəyyən istiqamətlərdən hücumla yanaşı silahlı qüvvələr digər istiqamətlərdə taktiki manevr edə və müdafiə mövqeyi seçə bilər. Bu zaman “Xrizantema-S” kompleksləri düşmənin əks-həmləsinin qarşısını almaq üçün effektiv vasitə olardı.

İstənilən halda bu komplekslərin böyük partiyasını əldə etməklə Azərbaycan özünün tank əleyhinə silahlanmasını daha da gücləndirmiş oldu ki, bu, Ermənistan üçün hazırda əlçatmaz səviyyədir. Nəzərə alanda ki, Ermənistanın tank arsenalı köhnəlmiş, ötən əsrin 80-ci illərinə aid T-72 tanklarından ibarətdir, o zaman düşmən bəribaşdan arxayın ola bilər ki, mümkün hərbi əməliyyatlar zamanı onun tankları “metallom”dan başqa heç nəyə yaramayacaq.

Virtualaz.org