Amerikanın qadınları ölkənin birinci ledisi Melania Trampa bənzəmək üçün plastik əməliyyatlara girirlər.
Bu barədə Daily Beast xəbər verir. Yazıda qeyd olunub ki, Teksas (Texas) ştatındakı Hyuston şəhərinin plastik cərrahı Franklin Rous deyir ki, son illər pasiyentləri onları “birinci varis” İvanka Trampa bənzətmələrini xahiş edirdi. Amma son vaxtlar amerikan qadınların yeni kumiri meydana gəlib – 47 yaşlı birinci ledi.
Nəşr yazır ki, “İvanka dəbdən düşüb, Melania isə dəbə minib”. Rouzun pasiyentlərindən biri, Kladudiya Sierra Missis Trampa bənzəmək üçün sinəsinin kiçildilməsi, rinoplasika, abdominaplastika, liposaksiya, qlyuteoplastika və blefaroplastika əməliyyatlarından keçib. Onun üzündə botoks və filler edilib. Sierra deyib ki, onunçün Melania hakimiyyətin və gücün simvolu kimi assosasiya olunur.
Hazırda Rouzun klinikasında birinci lediyə bənzəmək üçün kompleks xidmətlər təklif olunur ki, bunun da adı Melania Makeover (“Melaniaya çevrilmə”) adlanır. Cərrah bildirib ki, onun fikrincə, prezidentin həyat yoldaşı möhtəşəm görünür.
1980-ci illərin sonundan 2000-ci illərə qədər gələcəyin birinci ledisi Milanda, Parisdə və Nyu Yorkda model kimi çalışıb. O, öz karyerasını ərə gedəndən sonra yekunlaşdırıb. Onun boyu 180 santimerdir, çəkisi isə 58 kilo ilə 62 kilo arasında “oynayır”. Ölçüləri isə (sinə, bel, yançaq) – müvafiq olaraq 96,5, 66 və 94 santimetrdir.
Musavat.com