Tailand kralı Maha Vaçiralonqkorn Almaniyada velosiped sürərkən yeniyetmələr silahlarını ona tərəf tuşlayıb.
Axar.az xəbər verir ki, hadisə zamanı yaxınlıqdakı insanlar böyük həyəcan keçirsələr də, daha sonra silahların oyuncaq olduğu üzə çıxıb. Uşaqlardan böyüyü haqqında istintaq başladılıb. Digər yeniyetmə isə yaşı az olduğundan heç bir cəza almayıb.
Kral Vaçiralonqkornun yeniyetmələrdən şikayətçi olmadığı bildirilib.