Xalq artisti Qəndab Quliyeva reanimasiyaya yerləşdirilib.
Bu barədə APA-ya Respublika Diaqnostika Mərkəzindən xəbər verilib. Xəstəxanadan bildirilib ki, Qəndab Quliyeva iyunun 16-da xəstəxanaya yerləşdirilib:
“Qorxulu, ciddi mənada narahatlıq yaradan problem olduğunu deyə bilmərik. Artıq beş gündür xəstəxana müalicə alır. Əvvəl palataya yerləşdirilmişdi, bu gün isə reanimasiyaya köçürülüb”.