Ermənilər Mil-Muğan Hidroqovşağını partlatmaq istədi

Araz çayı üzərində 1972-сi ildə inşa olunmuş Mil-Muğan Hidroqovşağı ölkənin Füzuli, Beyləqan, Ağcabədi və İmişli rayonlarının əkin sahəsinin su ilə təmin edir

Dövlət Sərhəd Xidməti (DSX) hərbi qulluqçularının sayıqlığı nəticəsində Füzuli rayonu ərazisində İran İslam Respublikası ilə sərhəddə ermənilərin növbəti təxribatının qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Qaynarinfo”ya verilən məlumata görə, 18 iyun 2017-ci il tarixdə saat 09:50 radələrində Füzuli rayonunun cəbhə xəttinə yaxın ərazidə yerləşən Əhmədalılar sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini yerinə yetirən sərhəd naryadı tərəfindən Araz çayının sahil xəttinə baxış keçirilərkən ağac kötüyünə bağlanmış və sərt maneə ilə toqquşduqda partlamaya hazır vəziyyətdə olan RPQ-7 tipli tank əleyhinə əl qumbaraatanının mərmisi aşkar edilib.

Dərhal zəruri tədbirlər görülüb, partlayıcı Mil-Muğan Hidroqovşağından uzaqlaşdırılaraq sahilə çıxarılıb. Sərhədçilər tərəfindən qumbara mərmisinin vaxtında aşkar edilməsi sayəsində Araz çayı üzərində yerləşən Mil-Muğan Hidroqovşağına qarşı yönəlmiş düşmən təxribatının qarşısını almaq mümkün olub.

Qumbara mərmisinin aşkar olunduğu ərazi nəzarətə götürülüb, zəruri təhlükəsizlik tədbirləri görüldükdən sonra Dövlət Sərhəd Xidmətinin istehkamçı mütəxəssisləri tərəfindən zərərəsizləşdirilib.

Musavat.com xəbər verir ki, keçmiş SSRİ və İran dövləti arasında 1963-cü ildə imzalanmış “Texniki iqtisadi sahədə əməkdaşlıq haqqında” Sazişə əsasən Füzuli rayonunun Horadiz qəsəbəsi yaxınlığında Araz sərhəd çayının üzərində inşa olunmuş Mil-Muğan Hidroqovşağı 1972-ci ildə istismara verilib. Hidroqovşağın tikilməsində məqsəd Araz çayının nizamlanmış axınından Azərbaycan və İran tərəflərinin birgə istifadəsi ilə 200 min hektar, o cümlədən Azərbaycanda 120 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin etmək olub. Sazişə əsasən Mil-Muğan Hidroqovşağından 921 milyon kubmetr su götürülməsi və ekoloji vəziyyətin qorunması üçün 1 milyard kubmetr suyun çaya buraxılması nəzərdə tutulurdu.

Ermənilər Mil-Muğan Hidroqovşağını partlatmaq istədi

Burada bəndin su tənzimləyən hissəsinin uzunluğu 136 metrdir. Onun üzərində eni 12 metr olan 6 suburaxıcı, eləcə də hər iki tərəfə su vermək üçün eni 5 metr, hündürlüyü 3,5 metr olan 4 suqəbuledici qapı layihələndirilib.

Hidroqovşağın Azərbaycan tərəfində uzunluğu 1850 metr olan torpaq bəndləri tikilib. Hidroqovşaq sel vaxtı saniyədə 2700 kubmetr su buraxmaq qabiliyyətinə malikdir. Mil-Muğan Hidroqovşağından götürülən suyun Baş Mil kanalı ilə Yuxarı Mil, Yeni Xanqızı və digər kanallara ötürülməsi, beləliklə də Füzuli, Beyləqan, Ağcabədi və İmişli rayonlarında 120 min hektara yaxın əkin sahəsinin su ilə təmin edilməsi nəzərdə tutulub. Baş Mil kanalından su götürən Yuxarı Mil kanalının tikintisi “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən davam etdirilib və 2012-ci ildə onun 11 kilometrə yaxın hissəsi istifadəyə verilib. Bu da Beyləqan və Ağcabədi rayonlarının inzibati ərazilərində 4800 hektar sahədə pilot taxılçılıq təsərrüfatının yaradılmasına imkan verib. Taxılçılıq təsərrüfatının inkişafı məqsədilə 2013-cü ildə kanalın daha 5 kilometrə yaxın hissəsi və onun üzərində Füzuli rayonunun ərazisində nasos stansiyası tikilib, bununla da 4 min hektar torpaq sahəsinə suvarma suyunun çatdırılması mümkün olub.

Ermənilər Mil-Muğan Hidroqovşağını partlatmaq istədi

Göründüyü kimi, cəbhədə ağır itkilər verən ermənilər indi də ölkənin strateji obyektini hədəf almaq istəyiblər.

“YM”

Загрузка...