Şəbnəm Tovuzlu efirdə ağladı:

ARB TV-nin “Gəlin danışaq” verilişinin növbəti qonağı müğənni Şəbnəm (Əsədova) Tovuzlu olub.

Müğənni ilk olaraq anasının erkən ölümündən danışarkən göz yaşlarını saxlaya bilməyib: “Mən yaş yarımımda anamı itirmişəm. Tovuzda doğulmamışam. Heç bir efirdə bu açıqlamanı verməmişəm. Anam, atam tələbə olub, burada evləniblər. Mən “Sovetski”də doğulmuşam. Yaş yarımıma qədər Bakıda böyümüşəm. Yaş yarımımdan sonra anam 29 yaşında, bətnində bir körpə olub dünyasını dəyişib. O vaxt köhnə bina evləri olub, hamamda “pitminutka”dan qaz sızması olub boğulub. Ondan dünyasını dəyişib. Sonra anamı Tovuzda dəfnə götürəndə mən də orada olmuşam. Atam da cavan oğlan olub deyilənə görə. 40-ı keçib, məni verməyiblər ki, cavan oğlansan, ailə quracaqsan. Atam istəyib məni, babam, nənəm çox ağlayıblar ki, uşağı götürək”.

Daha sonra Şəbnəm Tovuzlu onu övladlığa götürən ata-anasından söz açıb: “Mən heç anadan olmamış 15 il öncə mənim öz anamın xalası, indiki anam, onlar ailəli olublar indiki atamla. Evladları heç olmayıb onların. 40 günü indiki atam Ələddin anamla məni götürüblər ki, bu mənim bacım qızının yadigarıdır, verməyəcəm. Mənim övladım olmur 15 ildi, Şəbnəm mənim balamdır, heç kim onu məndən ala bilməz. Orada atama söz veriblər ki, gəlib görə də bilərsən. O vaxt böyük sözünə qulaq asmaq var idi. Nənəmlə, babamdan icazə alınıb. Onlar da deyib ki, bala, təbii ki, evlənəcəksən, ailən, uşağın olacaq. Bunların yadigarıdır bu.

Neçə ildi övladları olmur, sən özün savab qazanmış olarsan, verin uşağı onlara. Və mən çox gözəl böyümüşəm. Onlar mənim həyatımdır. Artıq onların birinin 65, birinin 60 yaşı var. Mən 15-16 yaşımda bildim hətta. Heç vaxt sirr qalmır. Haradan olsa bilinməlidir. Hər dəfə nənəmin yanında harasa gedəndə baxıb deyirdilər ki, ayda necə anasına oxşayır. Nənəmə deyirdim ki, niyə bu sözü deyirlər? Mən kimə oxşayıramki? Nənəm deyirdi ki, mənim bir qızım olub Tamella, o, rəhmətə gedib, səni ona oxşadırlar. Mən həddindən artıq oxşayıram. Bilsəydim bu gün şəkillərini gətirərdim. O, çox gözəl idi, hətta səsi də var idi deyirlər. O, qorxusundan ancaq məktəblərdə tədbirdə xatirimiz üçün oxuyardı”.

Sonda müğənni doğma atasının 2-ci evliliyindən danışıb: “Doğma atamı 3 yaşıma qədər icazə veriblər ki, o sizi tanımasın. Əslində mənim atam Biləsuvarlıdır. Atam ailə qurub. Artıq mənim 3 bacım, 2 qardaşım var”.