Xədicə İsmayılova Ağır Cinayətlər İdarəsində dindirilir –“Uzun illərdir ki, Əfqanla əlaqəm yoxdur”

Jurnalist Xədicə İsmayılova prokurorluğa dindiriməyə çağırılıb.

İyunun 19-da saat 15:00-da o, Ağır Cinayətlər İdarəsinin binasına daxil olub. X.İsmayılova Turan-ın müxbirilə söhbətində bildirib ki, onu Əfqan Muxtarlının işi ilə bağlı dindirəcəklər: “Ancaq mənim xaricə çıxışım yasaqlanıb. Mən Gürcüstanda olmamışam. Onlara bildirdim ki, uzun illərdir ki, Əfqanla əlaqəm yoxdur. Ancaq dedilər ki, mənə sualları var”, – deyə o bildirib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev də iyunun 20-də prokurorluqda dindiriləcək: “Mənə demədilər nə istəyirlər, ancaq güman edirəm ki, Əfqan Muxtarlının işilə bağlıdır”, – deyə o, Turan-a bildirib.

Xatırladaq ki, Müsavat Partiyasının aparat rəhbəri Gülağa Aslanlı da iyunun 20-də bu iş üzrə dindirməyə çağırılıb.