Müğənni Üzeyir Mehdizadə ARB ULDUZ kanalına açıqlamalar verib.
Müğənni bildirib ki, onu tənqid edənlər nəyi tənqid etdiklərini açıqlaya bilmirlər. Üzeyir hərənin bir musiqi seçimi olduğunu söyləyib:
“Adam var muğama qulaq asır, adam var roka qulaq asır. Musiqi zövqünü ölçən bir cihaz yoxdur. Şou çox gözəl bir şeydir. Amma mən şou göstərmirəm, mahnı oxuyuram. Şou göstərmək istəyən və bunun üçün çox əziyyət çəkənlər var. Şəxsən mənə qarşı tənqidlər olur, amma heç birinin açıqlaması yoxdur. Mən hansı verilişdə olmuşam, oradakı iradları tənqid kimi qəbul etməmişəm. Yaxşı məsləhətlərə qulaq asıram. Amma elə adamlar var ki, məni tənqid etməklə insanların gözündən salmağa çalışır. Mən musiqi ilə məşğul oluram”.
Müğənni heç bir yerdə mahnılarının pulla səslənməsinə çalışmadığını deyir: “Biz mahnılarımızı Youtube-də və öz saytımızda yerləşdiririk. Mahnı oradan gedir elə yerə çatır ki, artıq siz yolda gedəndə, İstanbulun küçələrində, Özbəkistanda, Qazaxıstanda, Rumıniyada, Rusiyada və hətta Çində belə dinləyirsiniz”.