Deputat müğənniyə əsəbiləşdi: “ “Qudurublar” ifadəsini kiməsə arxayın olan adamlar işlədir”

“Mən bir beynəlxalq yarışın qalibiyəm deyə yol polisinə yönəlik “Qudurublar!” deyə ifadə yazmaq və paylaşmaq heç bir ədəb ölçüsünə uyğun gəlmir.”

AzNews.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa “Eurovision 2011” qalibi Nigar Camalın Dövlət Yol Polisi əməkdaşlarını təhqir etməsi ilə bağlı fikirlərini şərh edərkən deyib:

“Anlayıram, polislərin davranışında, rəftarında hüquqa uyğun olmayan epizodlar ola bilər, xanımın haqsız yerə maşınını saxlamaqla əsəbləşdirə də bilərlər. Ancaq bunun qarşılığı 102-yə zəng edərək həmin polisin rəftarı barədə bilgi verməkdir. Ölçü götürülmədiyi halda yenə də etik çərçivəni aşmadan neqativ əməl sahibi olan polisin davranışı barədə fikirlərini ictimaiyyətə çatdıra bilərsən.”

Fazil Mustafa vurğulayıb ki,”qudurublar” ifadəsini ancaq nəyəsə, kiməsə arxayın olan adamlar belə rahatlıqla, məsuliyyətsiz formada işlədirlər:

“Nə olur olsun, tanınmış insanlar bu cür təhqiramiz ifadələr seçməkdən uzaq durmağa çalışmalıdırlar.”

loading...