Azərbaycanın ən gözəl qızı və yaraşıqlı oğlanı seçildi – FOTO
İyunun 17-də “Miss & Mister Azerbaijan – 2017” Milli gözəllik müsabiqəsinin final mərhələsi keçirilib.
Oxu.az xəbər verir ki, yarımfinaldan finala vəsiqə qazanan 17 qız və 17 oğlan iştirakçı yarışmada birinci olmaq uğrunda mübarizə aparıb.
Sonda qaliblər Raziyyat Əliyeva (“Miss Azerbaijan – 2017”) və Əli Hüseynov (“Mister Azerbaijan – 2017”) olub.
Qeyd edək ki, “Miss Azerbaijan” Milli gözəllik müsabiqəsi respublikamızda 1996-cı ildən etibarən keçirilir. Müsabiqənin təsisçi və təşkilatçısı Orduxanova Anelya Abdullayevnadır.

Azərbaycanın ən gözəl qızı və yaraşıqlı oğlanı seçildi – FOTO

Azərbaycanın ən gözəl qızı və yaraşıqlı oğlanı seçildi – FOTO

Azərbaycanın ən gözəl qızı və yaraşıqlı oğlanı seçildi – FOTO

loading...