Açıq-saçıq fotosessiya etdirən azərbaycanlı model:
Alt paltarı markası üçün qalmaqallı açıq-saçıq fotosessiya etdirən model Nərgiz İsayeva çəkiliş zamanı anası yanında olduğunu deyib.
ARB-nin “Şou məkan” verilişinin qonağı olan model qalmaqallı şəkillərdən sonra məşhurlaşdığını deyib.
Model hətta sevgilisinin olduğunu və onun narazı qalmadığını bildirib.
“Sevgilim də, ailəm də hər şeydən xəbərdardır. Hər çəkilişdə anam mənim yanımda olur. Ailəm bilir ki, mənə eləmə desələr də mən edəcəm. Ona görə də heç nə demirlər”