Yaxın günlərdə vəfat etmiş Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) keçmiş prezidenti Fuad Musayev və Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun birgə uşaqlıq fotosu yayılıb.
Cebhe.info xəbər verir ki, sosial şəbəkələrdə yayılmış foto izləyicilər arasında maraq doğurub.
Şəkildə Fuad Musayev və Ayaz Mütəllibov uşaq futbol komandasına təsvir olunub. Uşaqlıq illəri bir yerdə keçən sabiq prezidentlər sonralar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində də bir “komanda”da təmsil olunublar.
Qeyd edək ki, fotonu facebook sosial şəbəkəsində Yadigar Sadıqov paylaşıb.