Kosta-Rika prezidenti Luis Gilyermo Solis jurnalistlərlə söhbət zamanı arını udub.
Oxu.az xəbər verir ki, bu barədə ABC 6 telekanalı məlumat yayıb.
Prezident ölkənin cənubunda beton zavodunun açılışı barədə danışarkən arı onun ağzına girib. Buna baxmayaraq, Solis özünü itirməyib:
“Mən onu uddum. Hər gün belə olmur… Təmiz zülaldır”, – dövlət başçısı zarafat edib.