Suriyanın hökumət qüvvələri Dəra bölgəsində aparılan əməliyyatların 48 saat müddətinə dayandırılması barədə qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Suriyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Ordu və Silahlı Qüvvələrin Baş Qərargahı Dəra bölgəsində aparılan əməliyyatların şənbə günü saat 12:00-dan etibarən 48 saat müddətində dayandırmaq barədə qərar verir”, – bəyanatda bildirilib.

Qeyd edək ki, iyunun 3-dən bəri Əsəd rejimi sözügedən bölgədə aktiv hərbi əməliyyatlar təşkil edir.