Bakı metrosunda dəhşət: 83 yaşlı kişi qatarın altında qalıb öldü

Bu gün Bakı metrosunun “Elmlər Akademiyası” stansiyasında bədbəxt hadisə baş verib.

Lent.az xəbər verir ki, 1934-cü il təvəllüdlü Xəlilov Səyyad Şirin oğlu platformada olarkən relslərin üzərinə yıxılıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, S.Xəlilov saat 12:33-də özünü intihar məqsədilə qatarın altına atıb. Dərhal platformaya daxil olan qatar cərəyandan ayrılıb və saat 12:50-də S.Xəlilov huşsuz vəziyyətdə qatarın altından çıxarılıb.

Burada məlum olub ki, onun bədənində hər hansı sınıq xəsarəti yoxdur, yəni qatarın altında qalsa da, ortadakı boşluğa düşüb və vaqonun təkərləri onun üstündən keçməyib.

Bununla belə, hadisənin şoku altında olan ahıl kişinin ürəyi partlayıb və stansiyaya dəvət olunan həkim briqadasının səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

18.06.201714:49 271

loading...