“Göyçay rayonunda baş vermiş zəlzələ elə də güclü zəlzələ deyil”.
Bunu APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Direktor bildirib ki, zəlzələ bu gün saat 17:41-də qeydə alınıb.
Yeraltı təkanın dərinliyi 50 km, maqnitudası 4,3 olub.
Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.
***
Göyçay rayonunda zəlzələ olub.
APA-nın yerli bürosunun xəbərinə görə, yeraltı təkanlar hiss edilib.
Təkanların ətraf rayonlarda da hiss olunduğu bildirilir.