Türkiyəli futbolçu Arda Turanın qumarda külli miqdarda pul uduzduğuna dair iddialar ortaya çıxıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Katalan jurnalist Şavi Kampos Arda haqqında belə bir iddia ilə çıxış edib.

Jurnalist bildirib ki, Arda bir müddət əvvəl qumarda iki “lux” avtomobilin pulunu uduzub. Onun sözlərinə görə, Arda məhz bu hadisə ilə əlaqədar maliyyə çətinliyinə düçar olub.

Ardanın Meneceri qeyd edib ki, Arda haqqında bu cür şayiələr tez-tez çıxır və heç bir əsası yoxdur.

Arda Turan son günlərdə türkiyəli jurnalist Bilal Meşe ilə yaşadığı münaqişə ilə əlaqədar gündəmdədir.