“Ay Yapım”ın reytinqli serialı “İçerde”nin yeni seriyasından yayılan son video həyəcanla qarşılanıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, gələn həftə bitəcək ekran işinin bugünkü seriyasında Celal Sarp və Mert qardaşlarını girov götürəcək. Sosial mediada açılan silahın kimə yönəldiyi müzakirə edilir.
Qeyd edək ki, “İçerde”nin baş rollarında Çağatay Ulusoy, Aras Bulut İynemli və Çetin Tekindor çəkilib.