“Maşın Şou”da rejissor Aqil M.Quliyev və rəqqasə Oksana arasında qalmaqal yaşanıb.
Belə ki, rejissor rəqqasə ilə aralarında olan 10 illik sirri açıb: “Oksana 10 il qabaq, ölkəyə ilk gəldiyi vaxtlarda mənim ofisimə qonaq gəlmişdi. Mən onu hörmətlə qarşıladım, dinlədim, neçə saat söhbət etdik. Mən o vaxt ona dedim ki, satılma! Dedim ki, dəyişəcəksən. Gördüm ki, dəyişmisən. Bu illər ərzində Oksana məndən nə bir söz, nə hərəkət ilə heç bir pis bir şey görməyib. Lakin dünən mən ona yaxınlaşıb qulağına nəsə demək istəyirdim, mənimlə kobud rəftar etdi”.
Qeyd edək ki, “Maşın Şou”nun bugünkü oyununda qutudan şəkli çıxan Aqil M.Quliyev qarşıdrumaya rəqqasə Oksana Rəsulovanı çıxarıb.
Musavat.com