Amerikanın Florida ştatında yaşayan bir qadın yaş yarımlıq qızını kiçik, zəhərsiz ilanın dişləməsinə razı olub.
Lenta.ru saytının xəbərinə görə, qadın uşağın yemək masasının üstünə su ilanını qoyub və uşağının ona toxunmasını təmin edib. Videogörüntülərdən də görünür ki, ilana toxunmaq istəyən körpə dişləmə nəticəsində iki-üç dəfə əlini geri çəkir. Ana hərəkətini onunla izah edib ki, belə üsulla uşağının heyvanlardan qorxmasının qarşısını almağa çalışır. O, bu yolla övladını gələcəyə hazırlamaq istədiyini deyib. Ananın adı açıqlanmır. Amma Amerikan mediasının yazdığına görə, anaya qarşı cinayət işi açılıb və uşağına qarşı qəddar davranışa görə lazımi səviyyədə cəzalandırılacaq.
Qadın özü məhkəmədə bildirib ki, bu üsul bütün uşaqların vəhşi heyvanlara toxunmasının qarşısını alır.
Musavat.com