Azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski haqqında qısametrajlı sənədli film hazırlanıb.
BAKU.WS-in məlumatına görə, “qanuni oğru” haqqında çoxlarının bilmədiyi məlumatların açıqlanacağı filmdə məxfi qovluqlardakı materiallardan istifadə olunacaq.
Lənkəranskinin Ded Xasanı öldürtməsindən, Türkiyədəki sui-qəsd hadisələrinə kimi bütün cinayətlər haqqında maraqlı məqamlar açıqlanacaq.
Lənkəranskinin həyatından bəhs edən film ARB TV-də iyunun 10-da saat 23:00-da efirə gedəcək.