Azərbaycanda ilk dəfə 88 yaşlı kişi həyat yoldaşından boşanır.
Xezerxeber-in məlumatına görə, bu barədə vəkil Asif Abdullayev deyib.
O, bildirib ki, ər-arvad yaşlarının ahıl çağında məhkəməyə müraciət edib. Üstəlik ər boşadığı həyat yoldaşını yaşadıqları mənzildəki hüququndan da məhrum etmək istəyir. Çünki özünə yeni həyat yoldaşı tapıb və onunla evlənəcəyini deyir. Yeni arvadı ilə boşadığı arvadının eyni evdə yaşamasını istəmir.
Bu barədə kişinin həyat yoldaşının vəkili Asif Abdullayev məlumat verib. Onun sözlərinə görə qadın kişidən bir neçə yaş kiçikdir.
Maraqlısı budur ki, kişi guya arvadını qısqandığı üçün boşanmaq qərarına gəlib.
Psixoloq Elnur Rüstəmov deyir ki, yaşlı cütlüklərin boşanması istənilən halda cəmiyyət üçün mənfi örnəkdir.
Psixoloqun fikrincə, belə şəxslərin ailə üzvləri də boşanmaya görə mənəvi məsuliyyət daşıyır.