Xalq artisti, muğam ifaçısı Könül Xasıyeva ölümü barədə yayılan xəbərlərə münasibət bildirib.
Qafqazinfo.az xəbər verir ki, Ssənətçinin açıqlamasını Hacı Nuran Hüseynov sosial şəbəkədə paylaşıb.
Xasıyeva paylaşılan videoda ağrılarının çox olduğunu qeyd edib:
“Allaha şükür, yaxşıyam. Belə ki, ağrılarım, problemlərim var. İndi inkir-minkirlə deyiləm. Hamıya can sağlığı arzulayıram. Həyatda hər şey ola bilər. Can sağlığı əsasdır”.