Hollivud aktrisa Natali Portman iki fərqli günlərdə Los-Ancelesdə görüntülənib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bir gün aktrisa oğlu Alep ilə alış-verişə gedərkən, səhəri gün isə yeni doğulmuş qızı Amalia ilə gəzintidə olarkən kameralara tuş gəlib.
35 yaşlı Natalinin iki ayrı-ayrı günlərdə eyni geyim geyinməsi diqqət çəkib.
Onun əynində cins şalvar və qara kofta olub. Hollivudun ən zəngin aktrisalarından biri sayılan Portman iki gündə yalnız ayaqqabılarını dəyişib.