Sürücülərin nəzərinə: Bakının mərkəzinə gələn yol bağlanacaq

Bakının mərkəzi ilə qəsəbələri birləşdirən əsas yollardan birində təmir işlərinə başlanılır.

“Azəravtoyol” ASC-dən Lent.az-a bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar bu gündən etibarən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Zabrat-Maştağa yolu ilə kəsişməsindən Balaxanı qəsəbəsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Загрузка...