Bu gün Çempionlar Liqasında 2016/17 mövsümünə yekun vurulacaq.
Qol.az-ın məlumatına görə, Kardiffdə keçiriləcək finalda turnirin son qalibi “Real” “Yuventus”la üz-üz gələcək.
“Kral klubu” son 3 mövsümdən 2-də, ümumilikdə isə 11 dəfə Çempionlar Liqasının qalibi olub. Son 5 finalın hamısında qalib gələn Madrid klubu sonuncu dəfə həlledici qarşılaşmada 1981-ci ildə uduzub.
“Yuventus” isə 2 dəfə ÇL-in qalibi olub, 6 dəfə finalda məğlubiyyət acısı yaşayıb. Sonuncu dəfə 21 il əvvəl kuboku qazanan “Qoca Sinyora” 2 il öncə finalda “Barselona”ya məğlub olmuşdu.
19 il əvvəl də ÇL-in finalı bu komandaların iştirakı ilə baş tutmuşdu və həmin vaxt Predraq Miyatoviçin yeganə qolu “Real”a 1:0 hesablı qələbə qazandırmışdı.
Çempionlar Liqası
FİNAL
3 iyun
22:45.“Yuventus” (İtaliya) – “Real” (İspaniya) – 1:4
Qollar: Ronaldo, 20 (0:1), Mandzukiç, 27 (1:1), Kazemiro, 61 (1:2), Ronaldo, 64 (1:3), Asensio, 90 (1:4)
Qırmızı vərəqə: Kuadrado, 84 (“Yuventus”)
Baş hakim: Feliks Brix (Almaniya)
Kardif. “Millenium”