NASA “Parker Günəş Probu” layihəsi ilə tarixdə bir ilkə imza atmaq niyyətindədir.
Axar.az xəbər verir ki, bu layihəyə görə, NASA-nın cihazı bu günə qədər göndərilən cihazlardan Günəşə 7 dəfə daha çox yaxınlaşacaq. Sözügedən cihaz Venera və Merkuri planetlərini də keçərək Günəş səthindən cəmi 4 milyon km uzaqlıqda olacaq.
NASA-nın rəsmi saytı sözügedən cihaz haqda bunları yazıb:
“Bu kosmik vasitə Günəşin xarici atmosferini kəşf edəcək və ulduzların necə olduğu ilə bağlı onillik suallara cavab tapacaq”.